Вернуться назад Распечатать

ABŞ Yaxın Şərqə mobil bunkerlər göndərəcək

ABŞ Yaxın Şərqə mobil bunkerlər göndərəcək.

1xeber.media-nın məlumatına görə,Task & Purpose yazır ki, ABŞ Müdafiə Nazirliyi İranla davam edən münaqişə şəraitində qoşunların qorunması üçün tez bir zamanda yığılan və daşına bilən bunkerlər tədarük edə biləcək şirkətlər axtarır.
Federal bildirişdə təchizatçılara 3, 15 və 30 gün ərzində çatdırılma müddətlərini, həmçinin onların sığınacaqlarının hansı partlayış, qəlpə və ya ballistik təsirə tab gətirə biləcəyi barədə ətraflı məlumat təqdim etmək təklif olunur.