Вернуться назад Распечатать

Papa ona qarşı uğursuz sui-qəsd cəhdini açıqladı

Papa Fransisk "Ümid" adlı yeni kitabında 2021-ci ildə az qala öldürüldüyünü, lakin Britaniya kəşfiyyatının "sui-qəsdin qarşısını aldığını" söylədi.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 17-də “The Guardian” qəzeti mətnə ​​istinadən məlumat yayıb.

"Roma Papası Fransisk üç il əvvəl İraqa səfəri zamanı onun həyatına cəhdlərin Britaniya kəşfiyyatı və İraq polisi tərəfindən qarşısı alındıqdan sonra intiharçı hücumundan xilas olduğunu bildirib", - materialda deyilir.
Pontifik hələ satılmamış "Ümid" adlı kitabında təhlükəsizlik riskləri və COVID-19 pandemiyası səbəbindən İraqa səyahət etməməyi tövsiyə etdiyini paylaşdı.

Lakin Papa səfəri ləğv etməkdən imtina edmişdi.