ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrail Baş Qərargah rəisi ilə görüşüb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper martın 29-da İsraildə İsrail Ordusunun (SAXAL) Baş Qərargah rəisi general-leytenant Eyəl Zamir və digər yüksək rütbəli israilli generallarla görüşüb.
1xeber.media xəbər verir ki,bu barədə CNN-ə görüşün gedişi ilə tanış olan israilli mənbə məlumat verib.
Telekanalın həmsöhbətinin sözlərinə görə, görüş İranla müharibə və İranın silah istehsalının dayandırılması istiqamətində səylərə həsr olunub.
İsrailin 12-ci kanalının məlumatına görə, ABŞ və İsrail İranla danışıqların uğursuz olacağı təqdirdə mümkün genişmiqyaslı hərbi əməliyyatlar ərəfəsində operativ koordinasiyanı gücləndirirlər.