Zelenski İordaniya kralı II Abdullah ilə görüşüb.
1xeber.media xəbər verir ki,Ukrayna liderinin sözlərinə görə, tərəflər “təhlükəsizlik sahəsində mümkün tərəfdaşlıq, həmçinin Yaxın Şərq və Körfəz regionundakı ümumi vəziyyəti” müzakirə ediblər.
Zelenski qeyd edib ki, Ukrayna dron və raket hücumlarından müdafiə üçün birgə əməkdaşlığa açıqdır və ölkə insanların və kritik infrastrukturun qorunması üçün öz “tam funksional müdafiə sisteminə” malikdir.
“Bizim ekspertizamızı təklif etdiyimiz tərəflərin eyni zamanda bizə də güclənməkdə kömək etməsi çox vacibdir.” - deyə o bildirib.