Pezeşkian ABŞ prezidenti Tramp barədə sərt və diqqətçəkən açıqlama verib.
1xeber.media-nın məlumatına görə,İran prezidenti sosial şəbəkə X-də yazıb ki, ABŞ-dakı süni intellekt üzrə ekspertlər Trampa ölkəsində “Krallara yox” etirazlarında insanların iştirakı ilə bağlı real vəziyyəti izah etməlidirlər.
O qeyd edib ki, Amerika xalqı “İsrail hər şeydən əvvəl” şüarından ciddi şəkildə narazıdır.
Pezeşkian əlavə edib ki, amerikalılar artıq İsrail “krallarının” ABŞ demokratiyasına təsir etməsindən yorulublar.