ABŞ İranın əsas hava limanlarını ələ keçirməyə hazırlaşır.
1xeber.media xəbər verir ki,Tehran Times-in iddiasına görə, İranın təhlükəsizlik xidmətləri hesab edir ki, ABŞ İranın cənubunda və şimal-qərbində yerləşən strateji hava limanlarını ələ keçirmək məqsədilə iri hava əməliyyatı planlaşdırır.
Nəşrin məlumatına əsasən, potensial hədəflər siyahısına Bəndər-Abbas, Kirmanşah, Urmiya və Təbriz hava limanları daxildir.
İranın xüsusi xidmət orqanlarındakı mənbələr bildirirlər ki, bu əməliyyat ölkənin şimal-qərbində silahlı qruplaşmaların quru müdaxiləsi ilə əlaqələndirilə bilər.