Вернуться назад Распечатать

Tramp İranın Xark adasının ələ keçirilməsini istisna etməyib

Tramp İranın Xark adasının ələ keçirilməsini istisna etməyib.

1xeber.media-nın məlumatına görə,ABŞ prezidenti bildirib ki, ABŞ Silahlı Qüvvələri İranın Xark adasını ələ keçirməyə cəhd edə bilər: “Bəlkə biz Xark adasını götürəcəyik. Bəlkə də yox. Bizim çoxlu variantlarımız var… Məncə, onların elə bir müdafiəsi yoxdur. Biz onu çox asanlıqla ələ keçirə bilərik.” - deyə o, Financial Times-a müsahibəsində bildirib.
O, həmçinin İran neftinə nəzarəti ələ keçirmək istədiyini də vurğulayıb.
Trampın sözlərinə görə, İran rəhbərliyi ABŞ-ın bir çox tələblərini yerinə yetirməyə hazırdır: “Onlar planımızla razılaşırlar. Biz onlardan 15 məsələ üzrə tələb irəli sürmüşük və Tehran əsasən bu tələblərlə razıdır. Daha bir neçə tələb də irəli sürəcəyik.” - deyə ABŞ prezidenti qeyd edib.
O, razılaşmanın çox yaxın zamanda əldə oluna biləcəyini bildirib və əlavə edib ki, İranda faktiki olaraq hakimiyyət dəyişikliyi baş verib: “Mən bunu rejim dəyişikliyi hesab edərdim. Açığı, onlar çox ağıllı davranırlar.”
Tramp həmçinin Vaşinqton və Tehran arasında həm birbaşa, həm də vasitəçilər üzərindən danışıqlar aparıldığını qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, İran ABŞ-a 20 neft tankeri təqdim edəcək: “Bu gün onlar bizə daha bir ‘hədiyyə’ etdilər. 20 neft tankerini verdilər və onların daşınması sabah başlayacaq.”
ABŞ prezidenti əlavə edib ki, İran ərazisində 13 min hədəfə zərbə endirilib və təxminən 3 min hədəf qalır.
O, həmçinin Hörmüz boğazından keçid haqqının tez bir zamanda ləğv edilə biləcəyini deyib: “Bunun belə olub-olmadığını görəcəyik… Biz bunu iki dəqiqəyə bağlaya bilərik - o qədər sürətlə ki, başınız fırlanar.”