Вернуться назад Распечатать

İranın raket sənayesinin məhv edilməsinin miqyası açıqlanıb

“Washington Post” İranın raket sənayesinin məhv edilməsinin miqyasını açıqlayıb.

1xeber.media xəbər verir ki,peyk görüntüləri və ekspert təhlilləri göstərir ki, yalnız Tehranın şərqində yerləşən gizli Xocir raket kompleksinin ərazisində ən azı 88 əsas obyekt məhv edilib.
Zərbələrin yüksək dəqiqliklə həyata keçirildiyi və bərk və maye raket yanacağının istehsalı üçün kritik infrastruktura, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raket yığım sexlərinə yönəldiyi bildirilir.
Bundan əlavə, daha üç əsas mərkəz də ciddi ziyan görüb: Şahrud kompleksi (ən azı 28 obyekt), Pərçin (12 obyekt) və İmam Əli bazası.
Janes və Middlberi İnstitutunun analitiklərinin qiymətləndirməsinə görə, bu imkanların sıradan çıxarılması faktiki olaraq İranın qısa və orta mənzilli raket arsenalını bərpa etmək qabiliyyətini iflic edib, çünki mürəkkəb sənaye avadanlığının müharibə şəraitində yenidən qurulması illər çəkə bilər.