Вернуться назад Распечатать

Tramp Lukaşenko ilə növbəti “Sülh Şurası” iclasında görüşmək niyyətindədir

1xeber.media-nın məlumatına görə,ABŞ prezidenti Truth Social-da yazıb ki, onun Belarusdakı nümayəndəsi Con Koul ötən həftə prezident Aleksandr Lukaşenko ilə danışıqlardan sonra daha 250 siyasi məhbusun azad edilməsinə nail olub.

Tramp qeyd edib ki, ötən ilin mayından bəri Lukaşenkonun əfv etdiyi məhbusların ümumi sayı 500-ü keçib.
“Mən buna görə prezidentə ən səmimi təşəkkürümü bildirmək istəyirəm və onunla növbəti Sülh Şurası iclasında görüşməyi səbirsizliklə gözləyirəm.” - deyə ABŞ prezidenti vurğulayıb.