Вернуться назад Распечатать

Millimiz hesabı bərabərləşdirdi - CANLI (YENİLƏNİR)

Azərbaycan millisi hesabı bərabərləşdirib. 

1xeber.media xəbər verir ki, Rahil Məmmədov 72-ci dəqiqədə hesabı bərabərləşdirib. 

***19:59

"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda ilk hissə başa çatıb.

1xeber.media xəbər verir ki, qonaqlar fasiləyə öndə yollanıb - 1:0.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.

*** 19:03

"FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan - Syerra Leone oyunu start götürüb.

1xeber.media xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da başlayıb.

Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.