1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Hörmüz boğazının açılmasında kömək təklif edib.
"Biz bu məsələni qaldırdıq, çünki hamımızın gördüyü kimi, bu, bütün dünya üçün ağrılı və təcilidir. Enerji böhranı yaranıb. Onlar bu sahədə bizim təcrübəmizə etibar edə biləcəklərini bilirlər və biz bunu ətraflı müzakirə etdik", - deyə dövlət başçısı qeyd edib.
Nəşr yazır ki, Ukrayna hazırda dəniz ərazilərinin və hava məkanının qorunması üçün hazır sistemli həllərə malikdir, o cümlədən hava hücumlarından və dəniz minalarından qorunma, eləcə də sahil artilleriyası, Hərbi Hava Qüvvələri və digər bölmələrin birgə işi.
Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Qara Dəniz Bölgəsi Monitorinq Qrupunun rəhbəri Andrey Klimenko yük gəmilərini müxtəlif təhdidlərdən qorumaq üçün oxşar sistemi "tunel" adlandıraraq qeyd edib ki, bu sistem Rumıniya ərazi sularından Odessa bölgəsinə gedən dəniz yolunda sınaqdan keçirilib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ İrana Hörmüz boğazından keçən gəmilər üçün rüsum almağa icazə verməyəcək. O əlavə edib ki, ABŞ administrasiyasının belə bir ssenarinin qarşısını almaq üçün bir neçə variantı var.