Вернуться назад Распечатать

İranı Hörmüz boğazını açmağa məcbur etmək cəhdi münaqişəni planlaşdırılan 4-6 həftəlik çərçivədən kənara çıxara bilər

Tramp köməkçilərinə bildirib ki, Hörmüz boğazı bağlı qalsa belə, İranla müharibəni dayandırmağa hazırdır 

1xeber.media xəbər verir ki,bu barədə  WSJ məlumat yayıb.

Son günlər Tramp və köməkçiləri belə nəticəyə gəliblər ki, İranı Hörmüz boğazını açmağa məcbur etmək cəhdi münaqişəni planlaşdırılan 4-6 həftəlik çərçivədən kənara çıxara bilər. Tramp qərar verib ki, ABŞ əsas məqsədlərinə nail olmalıdır - İranın hərbi-dəniz donanmasını zəiflətmək, raket ehtiyatlarını məhv etmək, bundan sonra isə döyüş əməliyyatlarını dayandırmaq və Tehrandan boğazın açılmasını diplomatik yollarla tələb etmək.
Əgər bu baş tutmasa, ABŞ Avropa İttifaqına və Fars körfəzi ölkələrinə təzyiq göstərərək boğazın açılması üzrə səylərə onların rəhbərlik etməsinə çalışacaq.