Вернуться назад Распечатать

Süni intellekt İran liderlərini məhv edib

“Qüds” və Vaşinqton arasında müharibə ərəfəsində keçirilən müşavirələrdə əvvəldən aydın idi ki, İran liderlərinin zərərsizləşdirilməsi tapşırığını İsrail öz üzərinə götürəcək. Yəhudi dövləti böyük həcmli məlumatları təhlil edən süni intellekt əsaslı yeni platforma əldə edib 

1xeber.media xəbər verir ki,bu barədə “The Washington Post” yazır.

“Bu imkanlar barədə ilk təsəvvür ötən ilki 12 günlük müharibə zamanı formalaşıb. Həmin kampaniya çərçivəsində İsrail Ordusu (SAXAL) eyni vaxtda çoxsaylı hərbi fiqurlara zərbələr endirirdi. Rəsmi şəxslərin sözlərinə görə, bəzi komandirlər barədə kəşfiyyat məlumatları o qədər dəqiq idi ki, raketlər hədəflərin hərəkətinə uyğun olaraq uçuş zamanı istiqamətini dəyişirdi.
Kəşfiyyat təxminən bir il ərzində İranın beş əsas liderini izləyirdi və demək olar ki, “böyük beşliyin” harada olduğunu daim bilirdi. Bəzən onlar daha yaxşı qorunan məkanlarda, bəzən isə daha zəif qorunan yerlərdə toplaşırdı. Danışıqların pozulmasından sonra və ABŞ-ın regionda hərbi qruplaşmanı artıq gücləndirdiyi şəraitdə liderlərin bir yerdə toplaşmaq qərarı onlar üçün hələ də sirr olaraq qalır.
Kiberbölmələrin mütəxəssisləri və Tehrandakı agentlər tərəfindən əldə edilən kəşfiyyat məlumatları, israilli rəsmilərin sözlərinə görə, böyük həcmli məlumatların təhlili üçün istifadə olunan yeni süni intellekt platforması olmasaydı, bu qədər dəyərli olmazdı. Bu alət - məlumatların analizi üzrə süni intellekt sistemi - son onilliyin ən mühüm kəşfiyyat nailiyyətlərindən biri hesab olunur”, - materialda qeyd olunur.”