SEPAH İsraillə əlaqəli gəmiyə zərbələr endirdiyini bəyan edib.
1xeber.media xəbər verir ki,İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, onun hərbi dəniz qüvvələri Tehran tərəfindən İsraillə əlaqəli olduğu iddia edilən “Express Halfong” (ehtimal ki, söhbət “Hayfa Express” gəmisindən gedir) konteyner gəmisinə zərbələr endirib.
SEPAH-ın bəyanatına əsasən, gəmi səhər hücumları zamanı Fars körfəzi sularında ballistik raketlərlə vurulub.
Hazırda nə zərbənin özü, nə də gəminin İsrail tərəfinə aid olması barədə müstəqil təsdiq yoxdur.