Вернуться назад Распечатать

“Bəzi ölkələr hədlərini aşıblar”, - Lavrov

“Bəzi ölkələr hədlərini aşıblar və artıq öz planlarına hər hansı hüquqi əsas vermək zərurəti duymadan, bu və ya digər ərazilərə olan iddialarını açıq şəkildə bəyan edirlər”

1xeber.media xəbər verir ki,bu barədə Rusiya XİN rəhbəri bildirib.

Nazir nümunə kimi ABŞ dövlət katibi Marko Rubionun son bəyanatını göstərib. Fars körfəzindəki münaqişənin tezliklə başa çatması yolları barədə suala cavab verərkən Rubio qeyd edib ki, qərar İranın əlindədir: “O, sadəcə Hörmüz boğazını açmalıdır, əks halda beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edəcək”. Lakin Lavrovun sözlərinə görə, cəmi iki gün əvvəl ABŞ prezidenti Donald Tramp beynəlxalq hüququn onu maraqlandırmadığını, öz “mənəviyyatı və instinktləri” ilə hərəkət etdiyini ictimaiyyətə bəyan edib.