1xeber.media xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) aprelin 1-i axşamından etibarən İranda baş verən hər bir sui-qəsdə cavab olaraq Yaxın Şərqdəki bir neçə Amerika şirkətinin obyektlərinə hücum edəcəyini açıqlayıb.
Bəyanatda deyilir: "SEPAH, Microsoft, Apple, Google, Intel və Boeing də daxil olmaqla 18 Amerika texnologiya şirkətinə xəbərdarlıq edərək, ABŞ və İsrail tərəfindən həyata keçirilən terror əməliyyatlarına cavab olaraq onların qanuni hədəf hesab ediləcəyini bildirib".