Вернуться назад Распечатать

Dünyanın mərkəzi bankları ABŞ hökumətinin borcundan məyus olublar

1xeber.media xəbər verir ki, ABŞ və İsrail İrana qarşı əməliyyat başlatdıqdan sonra bir neçə ölkənin mərkəzi bankları ABŞ dövlət borclarındakı paylarını azaltmağa başlayıblar.

Məlum olub ki, tənzimləyicilər bu payları son 14 ilin ən aşağı səviyyəsinə endiriblər. 25 mart tarixinə olan məlumata görə, dünyanın mərkəzi bankları tərəfindən FED-də saxlanılan istiqrazların dəyəri 2,69 trilyon dollara çatıb. Son bir ay ərzində ABŞ dövlət borclarındakı mərkəzi bankların payları 81,5 milyard dollar və ya 3% azalıb.