Вернуться назад Распечатать

İranın nüvə obyektləri o qədər dərindədir ki... - Tramp

Vaşinqton hazırda İranın nüvə materiallarını ələ keçirmək üçün əməliyyat keçirmək ehtimalını nəzərdən keçirmir.

1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən bu barədə heç düşünmürəm də”, - deyə Ağ Ev rəhbəri müvafiq suala cavabında bildirib.

Tramp qeyd edib ki, nüvə materiallarının yerləşdiyi obyektlər çox dərin qatlarda yerləşir və onlara çıxış olduqca çətindir:

“Mən sadəcə bilirəm ki, onlar o qədər dərindədir ki, bu materialları əldə etmək hər kəs üçün çətin olacaq”.