İraqın paytaxtı Bağdadda amerikalı jurnalist qaçırılıb.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, jurnalistin qaçırılmasında şübhəli bilinənlərdən biri həbs olunub:
"Şübhəlilərdən biri həbs edilib və cinayətdə istifadə edilən nəqliyyat vasitələrindən biri müsadirə edilib. Qalan şəxslərin tapılması üçün səylər davam etdirilir".