Вернуться назад Распечатать

İran vətəndaşlarının Əmirliklərə girişinə qadağa qoyulub

 

İran vətəndaşlarının Əmirliklərə girişinə qadağa qoyulub.
1xeber.media xəbər verir ki,FlyDubai aviaşirkəti öz saytında sərnişinlər üçün bildiriş yayıb. Bildirişdə İran vətəndaşlarının, o cümlədən Əmirlik vizası olan şəxslərin Birləşmiş Ərəb Əmirliklərinə girişinə qadağa tətbiq olunduğu qeyd edilib.
Qadağa tranzit reyslərə də şamil olunur.
BƏƏ hakimiyyəti İran vətəndaşlarının ölkəyə girişinə qadağa ilə bağlı rəsmi açıqlama yaymayıb.
Bundan əvvəl Əmirlik vizası olan İran vətəndaşları vizalarının ləğv edildiyi barədə məlumat aldıqlarını bildirmişdilər.
İran hakimiyyəti isə öz növbəsində BƏƏ-nin 1200 vətəndaşından yeddi gün ərzində İranı tərk etməyi tələb edib.