Krım üzərində An-26 hərbi-nəqliyyat təyyarəsi ilə əlaqə itib.
1xeber.media xəbər verir ki,bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum bildirir ki, təyyarəyə qarşı zərbə təsiri qeydə alınmayıb. Ekipajın taleyi hələlik naməlum olaraq qalır.
Hadisənin ehtimal olunan baş verdiyi əraziyə axtarış-xilasetmə qrupları göndərilib.
Bundan əvvəl Rusiya hərbi teleqram kanallarında Su-34 qırıcısının itirilməsi ilə bağlı məlumat yayılmışdı.