İranda iri metallurgiya zavoduna növbəti zərbə endirilib.
1xeber.media xəbər verir ki,İran KİV-ləri bildirir ki, İsfahanda yerləşən və ötən həftə İsrail tərəfindən bombalanmış “Mobareke” metallurgiya kombinatına yenidən hava zərbəsi endirilib.
Fars agentliyi xəbər verir ki, İsfahandakı zavodla yanaşı, Borucerdə yerləşən “Sefid Daşt” polad kompleksinin bəzi hissələri də atəşə tutulub.
Mehr agentliyi isə ayrıca olaraq Khuzestan Steel metallurgiya zavoduna hava zərbəsi endirildiyini bildirib.