Rusiya hərbçiləri Ukraynada döyüşdə öldürülən koreyalı əsgərlərin üzünü yandırır.
1xeber.media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski X səhifəsində yazıb.
O bildirib ki, Rusiya tərəfi bununla koreyalı əsgərlərin varlığını gizlətməyə çalışır:
“Rusiya təkcə Şimali Koreya qoşunlarını Ukraynanın mövqelərinə hücum etmək üçün göndərmir, həm də bu insanların itkilərini gizlətməyə çalışır. Onlar Şimali Koreya əsgərlərinin varlığını gizlətməyə çalışıblar. Məşq zamanı onların üzlərini göstərmək qadağan edilib. Ruslar onların mövcudluğunu sübut edən istənilən videonu silməyə çalışıblar. İndi isə ruslar döyüşçülərimizlə ilk toqquşmalardan sonra öldürülən Şimali Koreya əsgərlərinin üzlərini sözün əsl mənasında yandırmağa çalışırlar”.axar.az