Вернуться назад Распечатать

Fransa ordusunu Rusiya ilə mümkün müharibəyə hazırlayır

Fransa ordusunu Rusiya ilə mümkün müharibəyə hazırlayır.

1xeber.media xəbər verir ki,Politico-ya müsahibəsində Fransa Hərbi Hava Qüvvələri komandanının müavini general Dominik Tardif bildirib ki, onun orta müddətli vəzifələri sırasına 2028-2029-cu illərdə NATO-ya mümkün hücuma qarşı Fransa hərbi aviasiyasının hazırlanması daxildir.
Generalın sözlərinə görə, söhbət bu onilliyin sonunda NATO ilə Rusiya arasında mümkün münaqişədən gedir.
“İstisna deyil ki, Rusiya 2028-2029-cu illərdə NATO-nu sınağa çəksin”.
“Əgər şərq cinahında problem yaranarsa - Baltikyanı ölkələrdə qırıcı aviasiyanın olmadığını, Rumıniyada isə onun məhdud olduğunu nəzərə alsaq - Qərbi Avropa ölkələrinin pilotları, o cümlədən biz - Fransa pilotları - ilk gündən ön xətdə olacağıq”, - general deyib.