İsrailin rəsmi "Fars" hesabı bombardman qurbanı olan iranlı qadının çantasına görə ona lağ edib.
1xeber.media xəbər verir ki,sosial şəbəkələrdə Tehrandan olan bir qadının dağılmış mənzilinin ortasında ağlayaraq "axı dinc əhalini vurmayacaqlarına söz vermişdilər" dediyi görüntülər geniş yayılıb. İsrail tərəfi isə diqqəti dağıntılara deyil, qadının aksessuarına yönəldib:
"Adi bir sual: Rejimə bağlı olmayan sıravi insanlar bu qadının qolundakı çantanı ala bilərmi?" — deyə İsrailin rəsmi farsdilli hesabı soruşub.
Bundan əvvəl İsrail bənzər şəkildə Yəhya Sinvarın həyat yoldaşının "bahalı" çantası ilə bağlı da paylaşımlar etmişdi.