Вернуться назад Распечатать

Ərdoğan İsraili və Netanyahunu günahlandırır

Ərdoğan İsraili və Netanyahunu günahlandırır.

1xeber.media bu barədə yerli KİV istinadla xəbər verir.“Regionumuzu xarabalığa çevirməklə yanaşı, bütün bəşəriyyətin üzərinə ağır iqtisadi yük qoyan bu qanunsuz müharibəyə görə məsuliyyət daşıyan əsas tərəf münaqişələr, xaos və böhranlar içində boğulan İsrail hökumətidir”.
“Yeni cəbhələr açmaqla müharibənin davam etməsinə səbəb olan hər bir hadisə İsrailin qanlı strategiyasına xidmət edəcək və öz növbəsində regionumuza zərər verəcəkdir”.
“Unutmaq olmaz ki, müharibə zamanı tökülən hər damla qan Netanyahunun siyasi sağ qalma müddətini uzadan bir xilas kəməri rolunu oynayacaqdır” - deyə Türkiyə prezidenti bəyan edib.