Вернуться назад Распечатать

İsrail “Hizbullah”ın ən yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqladı

İsrail Ordusu (SAXAL) “Hizbullah”ın ən yüksək rütbəli komandirlərindən birinin məhv edildiyini bəyan edib.

“Hərbi Dəniz Qüvvələri dünən hərbi kəşfiyyat və Şimal Komandanlığının koordinasiyası ilə Beyruta zərbə endirib və “Hizbullah” terror təşkilatının “Cənub cəbhəsi”nin komandiri Hacı Yusif İsmayıl Haşemi ləğv edib” 
1xeber.media xəbər verir ki,bu barədə  İsrail Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
40 ildən artıq təcrübəsi olan və təşkilatın əsas fiqurlarından biri sayılan Hacı Yusif İsmayıl Haşem bu vəzifəyə “Şimal oxları” əməliyyatı zamanı Həsən Nəsrullah ilə birlikdə öldürülən Əli Kərkinin ləğvindən sonra gətirilmişdi.
O, uzun illər ərzində Livanın cənubunda İsrail Ordusu (SAXAL) qüvvələrinə qarşı döyüş əməliyyatları aparan və İsrail ərazisinə raket zərbələri endirən “Nasir”, “Əziz” və “Bədr” bölmələrinə cavabdehlik daşıyıb.