ABŞ NATO-dan çıxmağı ciddi şəkildə nəzərdən keçirir
1xeber.media xəbər verir ki,bu barədə ABŞ prezidenti Tramp danışıb.
ABŞ prezidentinin Britaniyanın “The Telegraph” qəzetinə verdiyi şərhdə səsləndirdiyi digər bəyanatlar:
Mən heç vaxt NATO ilə bağlı xülyalara qapılmamışam. Həmişə bilirdim ki, bu, “kağız pələngdir” və yeri gəlmişkən, Putin də bunu bilir.
Münaqişədən sonra ABŞ-ın alyansda üzvlük məsələsinə yenidən baxıb-baxmayacağı barədə suala cavabında: “O, bəli, deyərdim ki, bu [məsələ] sadəcə yenidən baxılma çərçivəsindən kənardadır”.
Tramp avropalıları birtərəfli qaydada ABŞ-dan istifadə etməkdə ittiham edib: “Ukrayna da daxil olmaqla, biz həmişə onların tərəfində olmuşuq. Onlar isə bizim tərəfimizdə olmayıblar”.
Tramp Böyük Britaniyanı və Kir Starmeri kəskin tənqid edib: “Sizin hətta donanmanız yoxdur. Siz çox qocasınız və təyyarədaşıyan gəmiləriniz işləmir”.
Starmerin müdafiə xərclərini artırıb-artırmamalı olduğu barədə: “O, nə istəyirsə, edə bilər. Bunun heç bir əhəmiyyəti yoxdur. Starmerin tək istədiyi, enerji qiymətlərini göyün üzünə qaldıran bahalı külək dəyirmanlarıdır”.
Trampın sözlərinə görə, NATO-nun yardımı “avtomatik” olmalıdır, lakin reallıqda bu yoxdur.
O, Dövlət katibi Marko Rubionun İranla müharibədən sonra ABŞ-ın NATO ilə münasibətlərinə yenidən baxmalı olduğu barədə bəyanatını dəstəkləyib.
Tramp vurğulayıb ki, İranla müharibənin yeganə məqsədi onda nüvə silahının yaranmasına imkan verməməkdir və müharibə artıq 2-3 həftəyə başa çata bilər.