Вернуться назад Распечатать

Ağdərədə mina PARTLADI: Xəsarət alan var

Ağdərədə mina hadisəsi baş verib.

1xeber.media  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində rayon sakini Mahir Abdulla oğlu Məhərrəmov xəsarət alıb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.