Finlandiya Rusiya ilə münasibətləri təcili olaraq bərpa etməli və Ukrayna Silahlı Qüvvələrinin (USQ) öz ərazisindən hücumlar üçün istifadə etməsinə icazə verməməlidir.
1xeber.media xəbər verir ki, bu çağırışı Helsinki Universitetinin professoru Tuomas Malinen sosial media hesabında edib.
"Qarşıdan gələn şok illərlə davam edəcək. Finlandiya Rusiya ilə münasibətləri mümkün qədər tez normallaşdırmalı və [Ukrayna Silahlı Qüvvələri tərəfindən] dron hücumlarına icazə verməməlidir. Əgər liderlərimiz bu addımları atmasalar, bu, sonradan xəyanət hesab ediləcək. Və finlər bunu unutmayacaqlar", - deyə ekspert xəbərdarlıq edib.
Daha əvvəl Finlandiya Sərhəd Mühafizəsi zabitləri Rusiya-Finlandiya sərhədində vurulmuş daha bir dron aşkar etmişdilər. Məlumata görə, dron Pihəyarvi gölünün buzunda tapılıb.
"Yle" xəbər agentliyi mənbələrə istinadən bildirib ki, dron Ukrayna istehsalıdır və sursatla silahlanıb.