Вернуться назад Распечатать

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media-nın məlumatına görə, qəza Heydər Əliyev prospektinin şəhər avtovağzalı yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan “Mercedes”in sürücüsü, 1981-ci il təvəllüdlü Elgiz Kazımov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.