1xeber.media xəbər verir ki, İran qüvvələri daha iki Amerika MQ-9 Reaper ağır kəşfiyyat və hücum dronunu vurub.
PUA-lar İsfahan yaxınlığında məhv edilib. Kanalın məlumatına görə, ABŞ-ın İrana qarşı hazırkı kampaniyası zamanı itirdiyi MQ-9 dronlarının ümumi sayı 16-ya çatıb. Belə bir dronun orta qiyməti təxminən 34 milyon dollardır.
Əvvəllər ABŞ və İranın Hörmüz boğazının açılması müqabilində atəşkəsi də əhatə edəcək potensial razılaşmanı müzakirə etdiyi bildirilirdi. Razılaşmanın əldə edilib-edilməyəcəyi bəlli deyil, lakin ABŞ prezidenti Donald Tramp administrasiya rəsmiləri və digər şəxslərlə bu ehtimalı müzakirə edir.