Вернуться назад Распечатать

Trampın çıxışə zamanı 550 milyard dollar itirdilər

 

S&P 500 indeksinin fyuçersləri ABŞ prezidenti Trampın İranla müharibə barədə xalqa müraciəti zamanı təxminən 25 dəqiqə ərzində bazar kapitallaşmasında təxminən 550 milyard dollar itirib.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,Tramp öz çıxışında yeni heç nə deməyib və müraciətin mahiyyəti qısaca ondan ibarət olub ki, əgər İran Amerikanın tələblərini yerinə yetirməsə, ABŞ bu ölkənin enerji və neft infrastrukturunu bombalayacaq və iki-üç həftə ərzində münaqişədən çıxacaq. Trampın dediyi hər şey əvvəllər dəfələrlə səsləndirdiyi fikirlər idi. Yeganə yeni məqam amerikalılara İran müharibəsinin ABŞ-ın əvvəllər iştirak etdiyi digər müharibələrlə müqayisədə çox qısa müddət davam etdiyini xatırlatması olub:
“ABŞ-ın Birinci Dünya müharibəsində iştirakı bir il, yeddi ay və beş gün davam edib.
İkinci Dünya müharibəsi üç il, səkkiz ay və 25 gün çəkib.
Koreya müharibəsi üç il, bir ay və iki gün davam edib.
Vyetnam müharibəsi 19 il, beş ay və 29 gün sürüb.
İraq müharibəsi səkkiz il, səkkiz ay və 28 gün davam edib.
Biz ən qüdrətli ölkələrdən birinə qarşı bu qədər güclü, bu qədər parlaq hərbi əməliyyatda 32 gündür iştirak edirik və bu ölkə darmadağın edilib, əslində artıq təhlükə yaratmır.
Bu, övladlarınızın və nəvələrinizin gələcəyinə edilən əsl sərmayədir”.
Trampın çıxışından dərhal sonra son iki gündə ucuzlaşan neftin qiyməti 5%-dən çox bahalaşıb, Yaponiyanın Nikkei indeksi isə demək olar ki, 2% düşüb.