Вернуться назад Распечатать

Rusiyada gizli məcburi səfərbərliyin yeni sxemi işə salınıb

Rusiya Federasiyasında gizli məcburi səfərbərliyin yeni sxemi işə salınıb 

1xeber.media xəbər verir ki,bu barədə  ISW məlumat yayıb.

Müharibənin Öyrənilməsi İnstitutu (ISW) qeyd edib ki, Rusiya hakimiyyəti cəbhədəki ciddi itkilər və könüllü orduya qəbulun tempinin aşağı düşməsi fonunda gizli səfərbərlik mexanizmlərini aktivləşdirir.
Rusiya Federasiyasının regional administrasiyaları Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq üçün orta və iri biznesi işçilərin faktiki seçiminə cəlb etməyə başlayıb. ISW Ryazan vilayəti qubernatorunun müvafiq sərəncamına diqqət çəkib. Sənədə əsasən, işçilərinin sayı 150-dən 500-ə qədər olan müəssisələr müqavilə bağlamaq üçün 2-dən 5-ə qədər işçi müəyyən etməyə borcludurlar.
ISW-nin qeyd etdiyinə görə, bu yanaşma Kremlə yeni səfərbərlik dalğası elan etməməyə, məsuliyyəti isə regional hakimiyyət orqanlarının və işəgötürənlərin üzərinə qoymağa imkan verir.