Вернуться назад Распечатать

İranda qurudan müharibə riskləri...

 1xeber.media "The Economist" nəşrinin hesabatına istinadlaxəbər verir ki, İranda mümkün quru münaqişəsinin riskləri təhlil edilib. Ekspertlər qeyd edirlər ki, Asiyadakı quru müharibələri ABŞ üçün nadir hallarda uğurlu olub: Vyetnam, İraq və Əfqanıstanda Birləşmiş Ştatlar illərlə davam edən və ilkin gözləntiləri qat-qat aşan münaqişələrə sürüklənib.

Nəşr hazırkı vəziyyətin ziddiyyətli tərəflərini vurğulayır: Tramp müharibənin başa çatmasından danışsa da, eyni zamanda quru müdaxiləsi ilə hədələyir. Hörmüz boğazını açmaq üçün əlində az variant qalan prezident regiona minlərlə hərbi qulluqçu göndərib və İranın ərazi sularındakı Xark adasına mümkün hücum barədə bəyanatlar verib.
Hesabatda Xark adası "şirnikləndirici hədəf" kimi xarakterizə olunur, çünki bura İranın neft ixracının təxminən 90%-nin mərkəzidir. Tarixən bu adaya hücum imkanlarını Cimmi Karter və Ronald Reyqan nəzərdən keçirib, Səddam Hüseyn və Donald Tramp isə oranı bombalayıblar.
"The Economist"in təhlilinə əsasən, bu adanın ələ keçirilməsi ABŞ-a İranın gündəlik tədarük etdiyi 2.4-2.8 milyon barel neft və neft məhsullarının böyük hissəsini dayandırmağa imkan verərdi. Hazırda gözləntilərin əksinə olaraq, İran bu ixracdan müharibə başlamazdan əvvəlkindən daha çox gəlir əldə edir.