Вернуться назад Распечатать

Hava limanında partlayış...

1 aprel  tarixində axşam saatlarında pilotsuz uçuş aparatının (dron) düşməsi nəticəsində Dubay beynəlxalq hava limanında güclü partlayış baş verib.

1xeber.media yerli KİV istinadla xəbər verir ki,şahidlərin verdiyi məlumata görə, hadisənin episentri birbaşa Terminal 3-ün girişinin qarşısında olub.

Hava limanının ərazisindən yüksək tüstü sütunu qalxıb. Hazırda hadisə yerində fövqəladə xidmət briqadaları fəaliyyət göstərir.
Xatırladırıq ki, BƏƏ-də baş vermiş hadisələrin və xüsusi xidmət orqanlarının işinin icazəsiz çəkilişinə görə ciddi qadağa mövcuddur. Bu cür materialların sosial şəbəkələrdə yayılması cinayət məsuliyyətinə səbəb ola bilər.