Вернуться назад Распечатать

Həsən Ruhani çağırış etdi

İranın keçmiş prezidenti Həsən Ruhani ölkədə fundamental islahatların aparılması və müharibənin ləyaqətlə başa çatdırılması üçün hazırlıq görülməsi ilə bağlı çağırış edib.

1xeber.media Ruhaninin bəyanatındakı əsas məqamları təqdim edir:
“Qəhrəmancasına müqavimətlə yanaşı, biz ölkənin və xalqın maraqları naminə müharibəni ləyaqətlə başa çatdırmağa hazır olmalıyıq”.
Ali Milli Təhlükəsizlik Şurasına müraciət edərək, müharibənin davam etdirilməsi və ya dayandırılması ilə bağlı müxtəlif ssenarilərin təcili olaraq hüquqi qərar qəbulu prosesinə daxil edilməsini istəyib.
“Ölkəni və sistemi qorumaq üçün siyasətin formalaşdırılması sahəsində dərhal fundamental islahatlar lazımdır; xalq öz mövqeyini hakimiyyətə aydın şəkildə çatdırıb”.
Fars körfəzindəki adalara hücumların qarşısının alınması və Hörmüz boğazı üzərində nəzarətin saxlanılması üçün milli resursların koordinasiyasının vacibliyini vurğulayıb.
Həsən Ruhani qeyd edib ki, mövcud şəraitdə qarşıdurma yolunu davam etdirmək əvvəlkindən daha baha və səmərəsiz başa gələ bilər.