Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” layihəsinin icrasına dair sazişin imzalanması Cənubi Qafqazda regional balansı alt-üst edib.
1xeber.media xəbər verir ki,onun sözlərinə görə, bu imzalar daha dərin proseslərə təkan verib və 1828-ci ildə Türkmənçay sülh müqaviləsinin bağlanmasından bəri bölgədə mövcud olan tarazlığı pozub.
Overçuk həmçinin vurğulayıb ki, Rusiyanı kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesində görmək istəməmək “böyük səhv” idi.