NATO-dakı müttəfiqləri Trampın alyansdan çıxmaq hədələrindən o qədər də narahat deyillər
1xeber.media bu barədə CNN -ə istinadla xəbər verir.
Beş mənbəyə istinadən nəşr qeyd edir ki, NATO ölkələrinin diplomatları ABŞ prezidentinin ölkəni alyansdan çıxarmaqla bağlı yenidən səsləndirdiyi hədələrə görə həyəcan keçirmirlər.
Avropalı rəsmilərdən biri müdafiə alyansının Trampdan oxşar hədələri dəfələrlə eşitdiyini vurğulayaraq, vəziyyəti "Daqalaq günü" (eyni hadisələrin təkrarlanması) kimi xarakterizə edib.
Eyni zamanda, mənbələr hesab edirlər ki, Amerika prezidentinin bəyanatlarını tamamilə görməzden gəlmək olmaz: Trampın qərarları sürətli qəbul edilə bilər, bu isə bəzi diplomatlarda müəyyən narahatlığın hələ də qaldığını göstərir.
Yüksək rütbəli diplomatlardan biri bildirib ki, Trampın son hədələri avropalı müttəfiqlərə Hörmüz boğazının fəaliyyətinin bərpası üçün resurs ayırmaları məqsədilə təzyiq göstərmək cəhdidir.