Türkiyənin Balıkəsir vilayətinin Sındırqı ilçəsində 4,2 bal gücündə zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 21:22-də qeydə alınan zəlzələnin ocağı yerin 10,55 kilometr dərinliyindədir.