Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev qlobal iqtisadi tənəzzülün qaçılmaz olduğunu bildirib.
1xeber.media xəbər verir ki, o, bunu sosial media saytında X yazıb.
Dmitriyev qlobal tənəzzülü proqnozlaşdırıb və onun 2026-cı ildə baş verəcəyini vurğulayıb.
O qeyd edib ki, "Bu il qlobal tənəzzül qaçılmazdır və enerji idxal edən ölkələr ən çox zərbə alacaq. Bu, iyun ayına qədər çoxları üçün aydın olacaq".
Dmitriyev daha əvvəl bildirib ki, beş Aİ ölkəsi enerji şokuna xüsusilə həssasdır: Almaniya, Polşa, Belçika, İtaliya və Rumıniya.