Вернуться назад Распечатать

Peyk görüntüləri Səudiyyə Ərəbistanındakı aviabazada ABŞ-ın əsas radarının zədələndiyini təsdiqləyib

Peyk görüntüləri Səudiyyə Ərəbistanındakı aviabazada ABŞ-ın əsas radarının zədələndiyini təsdiqləyib.

1xeber.media xəbər verir ki,CNN-in peyk görüntülərinə istinadən verdiyi məlumata görə, martın 1-də endirilən İran zərbəsi Səudiyyə Ərəbistanındakı “Prince Sultan” aviabazasında yerləşən AN/TPY-2 radiolokasiya stansiyasına ziyan vurub. Təkcə antenanın dəyəri təxminən 136 milyon dollar qiymətləndirilir.
CNN tərəfindən təhlil edilən görüntülərdə radarın yerləşdiyi örtüyün yanmış vəziyyətdə olduğu, həmçinin obyektin struktur zədələri aydın görünür.
AN/TPY-2 THAAD (Terminal High Altitude Area Defense) hava hücumundan müdafiə sisteminin kritik komponentidir və ballistik raketlərin aşkarlanması və izlənməsini təmin edən batareyanın “ürəyi” hesab olunur.
Hücum nəticəsində ABŞ ordusunun 26 yaşlı serjantı Benjamin N. Pennington aldığı yaralardan bir neçə gün sonra həyatını itirib.