İran raketçilərinin sağqalma göstəricisi 50%-dən aşağıdır.
İran parlamentinin Tehranı təmsil edən deputatı Əmirhüseyn Sabeti bildirib ki, raket buraxılışlarına cəlb olunan heyət 50%-dən çox ölüm riski ilə üzləşir.
1xeber.media xəbər verir ki,İran müxalifətinin məlumatına görə, “Edalat-e Əli” hüquq müdafiə təşkilatının sərəncamına İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Kosmik Qüvvələrinə aid sənəd keçib və iddiaya əsasən, həmin sənəddə raket əməliyyatlarının bütün sistemi - buraxılış meydançalarının təsnifatından və kodlaşdırma sistemlərindən tutmuş tam komanda zəncirinədək - açıqlanıb.
Həmin sənədə görə, raket bölmələrinin yerləşdiyi məntəqələr, prosedurlar və vəzifələr artıq məxfi sayılmır, bu da şəxsi heyəti və mövqeləri həssas və asanlıqla müəyyən edilə bilən vəziyyətə salır.