Вернуться назад Распечатать

Zelenski İranı niyə Rusiyanın “şəriki” hesab etdiyini izah edib

Zelenski İranı niyə Rusiyanın “şəriki” hesab etdiyini izah edib.

1xeber.media xəbər verir ki,bu barədə Ukrayna prezidenti yerli KİV-lərə müsahibəsində bildirirb.

“Biz İranla çətin münasibətlər dövründən keçmişik... Biz onlara heç nə etməmişik. Onlar bizim təyyarəmizi vurublar, sərnişinlərimizi və təyyarənin heyətini öldürüblər. İnsanlar həlak olub. Onlar bunu etiraf etmədilər. Ekspertlərin girişinə icazə vermədilər”.
“Daha sonra genişmiqyaslı müharibə başladı. Onlar Rusiyaya “Şahed” pilotsuz uçuş aparatları verdilər və bizim mülki insanlarımızı öldürdülər”.
“Mən bütün bunları dayandırmaq istəyirdim. Onlardan xahiş etdim. Onlar dron partiyalarının bir dəfədən artıq olmayacağına söz verdilər, amma yalan danışmağa və silah verməyə davam etdilər”.
“Məhz buna görə mən onları Rusiyanın şərikləri hesab edirəm”, - Ukrayna prezidenti bildirib.