İran Şiraz şəhəri yaxınlığında vurulduğu iddia edilən Çin istehsalı “Wing Loong 2” PUA-sının qalıqlarını nümayiş etdirib.
1xeber.media xəbər verir ki,əvvəlcə vurulanın Amerikanın MQ-9 Reaper pilotsuz uçuş aparatı olduğu güman edilirdi, lakin sonradan bunun Çin istehsalı dron olduğu üzə çıxıb.
“Wing Loong 2” pilotsuz aparatları ABŞ və İsrailin arsenalında yoxdur, amma onlar BƏƏ və Səudiyyə Ərəbistanının sərəncamındadır.
Beləliklə, bu dronların İran səmasında görünməsi o demək ola bilər ki, Fars körfəzi ölkələrindən biri və ya bir neçəsi İran ərazisinə zərbələr endirilməsi kampaniyasına qeyri-rəsmi şəkildə qoşulub.