Вернуться назад Распечатать

Yüksək vəzifəyə təyin edilən Mövsümov kimdir?

“Premium Bank” ASC-də yeni təyinat baş tutub.

1xeber.media Kredit.az-a istinadla xəbər verir ki, Camid Mövsümov İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Camid Mövsümov eyni zamanda “Made in Turan” brendinin təsisçisidir. O, 2022-ci ilin avqust ayından Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədridir.

Camid Mövsümov Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə həm bakalavr, həm də magistr pillələri üzrə təhsil alıb.