Вернуться назад Распечатать

Aylıq gəlirləri 400 manat azaldılacaq - Məcəlləyə dəyişiklik

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

1xeber.media  xəbər verir ki, bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.