Вернуться назад Распечатать

Tramp Hörmüz boğazının açıldığını elan etdi

ABŞ Hörmüz boğazını "asanlıqla aça" və neftini götürə bilər və bununla da Amerika iqtisadiyyatının rifahını təmin edə bilər.

1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu sosial media hesabı Truth Social-da yazıb.

"Bir az daha çox vaxtımız olsa, Hörmüz boğazını asanlıqla aça, nefti götürə və bundan sərvət qazana bilərik", - deyə Ağ Evin vəzifəli şəxsi bildirib.

Daha əvvəl Tramp Hörmüz boğazından neft daşınması üçün istifadə edən ölkələrin özlərinin təhlükəsizliyini təmin etməli olduqlarını bildirmişdi. Dövlət başçısı vurğulayıb ki, ABŞ-ın bu logistika mərkəzinə ehtiyacı yoxdur.