Вернуться назад Распечатать

Razvojayev Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumu barədə məlumat verib

Ukrayna Silahlı Qüvvələri (UHQ) Sevastopola hücum edib.

1xeber.media xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev özünün Telegram kanalında məlumat verib.

"Sevastopolda hava hücumundan müdafiə qüvvələri və Qara dəniz donanmamız Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edir. Balaklava rayonunda artıq iki hava hədəfi vurulub", - deyə o yazıb.

Merin sözlərinə görə, Sevastopolda heç bir obyektə zərər dəyməyib.