1xeber.media xəbər verir ki, İran üzərində vurulan iki nəfərlik F-15E Strike Eagle dördüncü nəsil çoxməqsədli qırıcı-bombardmançı təyyarəsinin iki ekipaj üzvündən biri xilas edilib.
"Amerika heyətinin bir üzvü xilas edilib", - deyə məlumatda bildirilir.
Daha əvvəl ABŞ-ın İranda vurulan F-15E qırıcı təyyarəsindən pilotları xilas etmək üçün xüsusi əməliyyat başlatdığı bildirilirdi. ABŞ Hərbi Hava Qüvvələri pilotları axtarmaq və təxliyə etmək üçün HH-60G Pave Hawk helikopteri və HC-130J Combat King II təyyarəsini səfərbər edib. Onlar MQ-9A kəşfiyyat dronları tərəfindən dəstəklənən F-35A qırıcı təyyarələri ilə əhatə olunublar. ABŞ ordusu həmçinin elektron və optik-elektron müharibə sistemlərindən də istifadə edib.
ABŞ həmçinin xüsusi təyinatlı qüvvələr də yerləşdirib və onlar sonradan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinin bölmələri ilə toqquşublar. Qeyri-rəsmi məlumatlara görə,SEPAH quru qüvvələrinin mühafizəçiləri amerikalı pilotu uğurla müəyyən edib və həbs ediblər.